Avto

“Tesla” 800 mindən artıq avtomobilini geri çağırır

4 Fevral 2022 14:50
0 Şərh     Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" 2017-2022-ci illərdə istehsal olunmuş 817 143 avtomobili təhlükəsizlik kəməri ilə bağlı xəbərdarlıq səhvinə görə geri çağıracaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Hesabatda deyilir ki, bəzi 2021-2022-ci il "Model S" və "Model X", 2017-2022-ci il "Model 3" və 2020-2022-ci il "Model Y" avtomobilləri geri çağırılmalıdır.

"Nəqliyyat vasitəsi işləyərkən və sürücü təhlükəsizlik kəməri taxmayanda siqnal işə düşməyə bilər", - deyə açıqlamada bildirilir.

Hesabatda deyilir ki, "Tesla" səhvi düzəltmək üçün müvafiq proqram yeniləməsini buraxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.