Ermənistan

“Paşinyan beynəlxalq aləmdə bizi alçaldır” - Anna Qriqoryan

26 Avqust 2021 15:46
0 Şərh     Baxış: 1 681
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xatırlatmaq istəyirəm ki, Gorus-Qafan, eləcə də Qafan-Çakaten yolunu bu hakimiyyət bizim arxamızda hansısa sənədlə düşmənə təhvil verdi və bununla da Zəngəzurun təhlükəsizliyini təmin etdi".

Milli.Az xəbər verir ki, bu fikirləri "Ermənistan" fraksiyasının deputatı Anna Qriqoryan parlamentin bugünkü iclasında səsləndirib və bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Gorus-Qafan yolunu bağlayıb və orada mülki vətəndaşlar qalıb, yalnız Rusiya sülhməramlılarının müdaxiləsindən sonra həmin insanları çıxarmaq mümkün olub.

"İki gündür hakim partiya barışıqdan danışır, ancaq barışıq belə olmur", deyə o əlavə edib.

"Müharibəni uduzan partiya layiqli sülh gətirə bilməz, işi-gücü beynəlxalq aləmdə bizi alçaltmaqdır", deyə deputat yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.