Ermənistan

Ermənistan yenidən SİLAHLANDIRILIR - 100 milyon dollar ayrıldı

26 Avqust 2021 10:46
1 Şərh     Baxış: 3 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan yenidən silahlandırılır.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Moskvada keçirilən Armiya-2021" beynəlxalq hərbi-texniki əməkdaşlıq forumunda Ermənistan Rusiyanın müasir silahlarına maraq göstərib.

Müdafiə naziri Arşak Karapetyan AK-12 avtomatlarının, "Forpost" zərbə və kəşfiyyat dronlarının və s. alınmasına dair danışıqlar aparıb. Ermənistan ordusunda aparılan islahatlara dəstək çərçivəsində Moskvanın rəsmi Yerevana 100 milyon dollarlıq kredit ayırdığı da bildirilir.

Rusiya Ermənistanın sonuncu Qarabağ müharibəsindən sonra darmadağın olunmuş hərbi potensialını bərpa etməkdə maraqlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.