Ermənistan

Fərari ermənilər - 1580-ə yaxın cinayət işi qaldırlıb

7 May 2021 15:40
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə bağlı 1580 cinayət işi qaldırılıb. 628 nəfər müqəssir qismində cəlb edilib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorluğu məlumat yayıb.

Onların arasında adları çəkilməyən yüksək rütbəli zabitlər var. İrimiqyaslı cinayət işləri üzrə təhqiqat bir neçə istiqamət üzrə aparılır: çağırış zamanı qanun pozuntuları, səfərbərlik zamanı komplektləşmə, müharibəyə qədər və sonra silah alınması zamanı korrupsiya, eləcə də, Silahlı Qüvvələrin ayrl-ayrı bölmələrinin idarəçiliyi zamanı səhvlərə yol verilməsi. Eyni zamanda taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandirlərin əmrlərinə qulaq asılmaması da bura daxildir.

Azər Nuriyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.