"Ermənilər yoxsul və ümidsiz Ermənistandan qaçır" - Rusiya mediası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan yenə də Rusiya mediasının hədəfindədir. Bu ölkənin "Moskovski komsomolets" qəzeti yazır ki, 30 illik müstəqilliyi ərzində bu ölkədə tox və sakit həyat tərzi sürənləri barmaqla saymaq olar. Əhalisi 3,5 mln. olan ölkədə əhali sayı 2,9 mln.-a düşüb. İnsanlar kütləvi şəkildə, nəyi varsa satıb Rusiyaya üz tutur. Rus jurnalist yazır ki, Qarabağ torpaqları əldən gedən kimi fermerlər də acınacaqlı duruma düşüb. Bunun nəticəsidir ki, ölkədə ətin qiyməti də qalxıb.
Yaşlı kişilərin 70 faizi Rusyada işləyir
Miqrasiya isə pik həddə yüksəlib. Məsələn, Şirak vilayətində yaşlı kişilərin 70 faizi Rusiyada işləyir. Qadınlar isə evdə uşaqlara baxır. Rusiyadakı miqrant ermənilər yalnız qışda dönə bilir. Belə ermənilərin sayı isə 500 minə yaxındır. Qəzetə aşıqlamasında erməni sakinlər Ermənistanda insanların yoxsulluq həddində yaşadıqlarını, təbəqələşmənin sürətlə artdığını xüsusi qeyd edirlər. Ölkənin digər bir minusu kimi geosiyasi vəziyyəti göstərirlər. "Əvvəl mən deyirdim ki, oğlum mütləq orduya getməlidir. Lakin indi İkinci Qarabağ müharibəsindən sonra anlamağa çalışıram ki, insanlar heç nədən o torpaqlarda ölüblər. Balaca ölkədir, lakin artıq heç kim təminat verə bilməz ki, sabah Ermənistan ərazisində müharibə başlamayacaq", - deyə Anna adlı erməni qadın qəzetə bildirib.
Səhiyyə bərbad durumda
Reportajda müəllif ölkə səhiyyəsinin də bərbad durumundan bəhs edib. Bildirib ki, xəstələr üçün dərman qıtlığı pik həddədir. Onkoloji xəstələrlə bağlı vəziyyət də fəlakət həddindədir - dərmanlar bahadır və tapılmır. Ən ciddi problemlərdən biri də məmurların qeyri-adekvat fəaliyyətidir. Könüllü kimi Qarabağda döyüşənlər lazım olan müavinətlər də ala bilmir. Çünki onların statusu qanunda əks olunmayıb.
Korrupsiya pik həddə
Əvəzində isə ölkədə korrupsiya pik həddə çatıb. Nikol Paşinyan hakimiyyətə gələn vaxtın ilk aylarında korrupsiya aşağı həddə düşmüşdü. İndi hər şey əvvəlki vaxta dönüb. Vergi, gömrük, şəhər hakimiyyət orqanları rüşvəti çəkinmədən götürür", - deyə İrəvan sakini Vaqan bildirib.
Azər NURİYEV
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
XƏBƏR LENTİ
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək





