Ermənistan

Azərbaycanla həmsərhəd bölgə sakinləri Paşinyanı ziyarətə buraxmırlar

21 Dekabr 2020 10:01
Baxış: 2 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhər saatlarında Sünik sakinləri bölgənin girişinə toplaşaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın gəlişinin qarşısını almağa çalışıblar. Polis Gorus şəhərinin girişində qüvvələr toplayıb.

Milli.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, asayiş keşikçiləri ilə yerli sakinlər arasında toqquşma baş verib.

Bundan əvvəl Gorus bələdiyyə başçısı Aruş Aruşanyan şəhər sakinlərini Baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə girişini qadağan etməyə çağırıb. Bu barədə o Facebook səhifəsində yazıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.