Ermənistan

Erməni əsgərləri Qarabağdakı çarəsizliyini görərək texnikalarını atırdılar - Pavel Felgenhauer

18 Dekabr 2020 14:15
Baxış: 1 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ötən əsrin hərbi təcrübəsinə güvənərək Dağlıq Qarabağda yeni bir münaqişəyə qarışdı. Azərbaycan düşməni müasir texnoloji texnika ilə və hərbçilərin hazırlığı ilə əzdi.

Milli.Az bildirir ki, bunu Rusiyanın məşhur hərbi eksperti Pavel Felgenhauer deyib.

Ekspert Ermənistan kanallarından birinin efirində İrəvanın Qarabağdakı son müharibə zamanı niyə bu qədər hərbi texnika itkisinə yol verdiyini açıqlayıb.

"Erməni generalları və siyasətçiləri nə texniki, nə də intellektual olaraq müasir müharibəyə hazır deyildilər Tez-tez olduğu kimi, əgər bir müharibədə qalib gəlsəniz, fikirləşirsiz ki, bundan sonra hər şey təxminən eyni olacaq", - Felgenhauer deyib.

Ekspertin fikrincə, döyüşlər başlamazdan əvvəl, Azərbaycan hərbçilərinin daha yaxşı hazırlaşdığı, o cümlədən bəzən fərqli olan texniki avadanlıqlarının olduğu aydın idi.

"Əsgərlər (erməni - red.) görürlər ki, silahları effektiv deyil, düşmən onları vurur, onlar isə onu vura bilmirlər və nəticədə əsgərlər texnikanı atırdılar", - Felgenhauer qeyd edib.

Erməni generalları da, Felgenhauerin dediyinə görə, hansı müharibədə iştirak etdiklərini anlamadılar.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.