Ermənistan

Paşinyan Rusiya FTX rəhbərinə Ermənistana gəlməsi üçün yalvarırdı - ŞOK FAKTLAR

18 Dekabr 2020 13:22
Baxış: 2 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bu gün səhər saat 08:30-da Ermənistana gəlib.

Milli.Az bu haqda erməni mətbuatına istinadən xəbər verir. 

Bortnikovun Ermənistanda cəmi bir saat olacağı və Baş nazir Nikol Paşinyanla görüşəcəyi qeyd olunur.

Eyni zamanda, bu səfərin Ermənistanın baş nazirinin istəyi ilə sərhədlərin müəyyənləşdirilməsi işləri ilə əlaqədar ediləcəyi vurğulanır. Sadəcə olaraq, Ermənistan hakimiyyəti Azərbaycanla danışıqlar aparmaq və öz ölkələrinin maraqlarını qorumaq iqtidarında deyil, Bortnikov ermənilərin yerinə danışıqlar aparmaq üçün gəlir. Əsas mövzu isə Syunik sərhədləridir.

"Bu, Ermənistanın müstəqilliyini sürətlə itirdiyini və Ermənistandakı hökuməti Rusiya hakimiyyəti tərəfindən həyata keçirildiyinin bir daha sübutudur. Təbii ki, ruslar ilk növbədə maraqlarını müdafiə edəcək və Azərbaycanı mümkün qədər incitməməyə çalışacaqlar", - deyə erməni mətbuatı yazıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.