Ermənistan

«Öz toruna düşmüş Sarkisyan...»

23 Aprel 2010 12:22
Baxış: 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının tert.am saytına istinadən verdiyi məlumata görə, sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi EMK Sarkisyanın son qərarını "hakimiyyətin "təşəbbüskarlıq" siyasətinin iflasa uğramasının etirafı" adlandırıb.

"EMK hələ fevralda Sürx razılaşmasının dönüklük olduğunu bəyan etmişdi. Biz Türkiyə ilə münasibətlərin normallaşdırılmasına tərəfdarıq. Amma tarixçilərdən ibarət komissiyanın yaradılması, sənəddə Türkiyənin erməni soyqırımını şübhə altına alan tələbləri qəbuledilməzdir", - deyə bəyanatda bildirilir: "Tarixçilərdən ibarət komissiyanın yaradılması bizimçün təhqirdir".

EMK hesab edir ki, Türkiyənin sərhədlərin açılması ilə Dağlıq Qarabağ münaqişəsinin həllini eyniləşdirməsi "Ermənistan hakimiyyətinin yarıtmaz siyasətinin" nəticəsidir: "Öz toruna düşmüş Serj Sarkisyan artıq onun siyasətinin Ermənistana vurduğu zərəri neytrallaşdırmaq iqtidarında deyil. Bu zərərin neytrallaşdırılmasının yeganə yolu hazırkı rəhbərliyin hakimiyyətdən kənarlaşdırılması və növbədənkənar seçki ilə legitim hakimiyyətin qurulmasıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.