Ermənistan

Ermənistanda əhalinin 30 dəfə azaldığı “ölü şəhər” yarandı - FOTO

1 Aprel 2025 15:31
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günlərdə "Ermənistan Ekoloji Cəbhəsi" sosial mediada həyəcan təbili çalıb ki, "Ermənistanda Dastakert mədəninin yaxınlığında bağlı şəhər var. Burada əvvəllər 6000 nəfər yaşayırdı, indi orada heç 200 nəfər belə qalmayıb və xaraba şəhərə çevrilib".

Milli.Az-ın xəbərinə görə, Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələrini araşdıran "Environmental Protection First" (EPF) Koalisiyasının tərtib etdiyi interaktiv rəqəmsal xəritədə müəssisə barədə araşdırma aparılıb.

Məlum olub ki, mis-molibden xammal yatağı "Molibdeny Ashxarh" LLC şirkəti tərəfindən istismar olunub.

Bazarçay hövzəsində yerləşən yatağın amansız istismarı nəticəsində özündə ağır metallar daşıyan zərrəciklər sulara qarışaraq daha təhlükəli tullantılar əmələ gətirib, əvvəlcə Həkəriçayın, daha sonra Araz çayının çirklənməsinə səbəb olub: "Ermənistan Ekoloji Cəbhəsi"nin "Dastakert mədəni" barəsindən yaydığı məlumat bir daha göstərir ki, Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin ağır ekoloji fəsadlara yol açan fəaliyyəti böyük təhlükə mənbəyidir. Bu yaxınlarda İranın ekoloji problemlər üzrə ixtisaslaşmış nəşri olan "Pəyam-e ma" qəzetində Araz çayının çirklənməsi ilə bağlı yayılan hesabatda da qeyd olunurdu ki, Araz çayı 59 ağır metalla yüksək dərəcədə çirkləndirilib: "Suyu çirkləndirən əsas elementlər alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadiumdur, bunlar əsasən Ermənistanın dağ-mədən müəsisələrindən qaynaqlanır". /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.