Ermənistan

Mirzoyan: Azərbaycanla dialoqu davam etdirməyə hazırıq

25 Mart 2025 18:44
Baxış: 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın sülh sazişinin imzalanması üçün Azərbaycanla dialoqu davam etdirməyə hazır olduğunu bildirib.

Milli.Az  xəbər verir ki, bu barədə A.Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi brifinqdə bildirib.

A.Mirzoyan vurğulayıb ki, uzunmüddətli sülhün təmin edilməsi üçün qarşılıqlı məqbul həllərin tapılması ilə bağlı işi davam etdirmək, danışıqlar aparmaq lazımdır.

"Bunun alternativi sadəcə yoxdur", - XİN başçısı bildirib.

O əlavə edib ki, İrəvan Bakı ilə sülh sazişini mümkün qədər tez imzalamağa hazırdır.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub.

Eyni zamanda, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan iki şərti yerinə yetirməlidir: Ermənistan Konstitusiyasındakı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırmalı, eləcə də ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturlarının buraxılmasını dəstəkləməlidir. /"Report"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.