Ermənistan

"Çoxları sülh olacağına inanmır..."

22 Mart 2025 10:38
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın nələr edəcəyini, yaxud nələr etdiyini danışmağım indi düzgün olmazdı.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyada çıxışında deyib.

"Biz bədbinlik şəraitində fəaliyyət göstəririk, burada çoxları sülh gündəminin əldə oluna biləcəyinə inanmır. Amma biz çox mühüm nəticələr əldə etmişik. Birincisi, demarkasiya komissiyalarının birgə fəaliyyətinin tənzimlənməsidir. Bu, Ermənistanla Azərbaycan arasında imzalanmış ilk hüquqi qüvvəyə malik sənəddir. Bundan əlavə, bizim sülh sazişinin razılaşdırılmış mətni var.

Kirants-Əskipara demarkasiyasından əvvəl də böyük pessimizm var idi. Demarkasiya baş tutub və biz bunu ictimaiyyətdən gizlətməyə çalışmırıq, əksinə, mənim göstərişimlə prosesin nəticələrini göstərmək üçün ora müxtəlif ictimai qrupların səfərləri təşkil olunur", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.