Ermənistan

"Sülh müqaviləsində Ermənistan üçün təhlükə yoxdur"

17 Mart 2025 17:57
Baxış: 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sülh müqaviləsi layihəsində Ermənistan üçün təhlükəli məqamlar yoxdur".

Milli.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün, martın 17-də jurnalistlərlə söhbətində deyib.

"Orada bütün məqamlar ikitərəflidir. Təhlükəli məqam olduğunu deyirsənsə, o, Azərbaycan üçün də eyni dərəcədə təhlükəlidir".

Sülh sazişinin mətninin nə vaxt dərc olunacağı ilə bağlı danışan spiker deyib: "Nəşrin vaxtını və məntiqini anlayıb məqamı çatanda dərc edəcəyik. Məsələ Azərbaycanın bunu dərc edib-etməyəcəyində deyil.

Müxtəlif yollarla mövcud olan problemlərdən, qorxulardan özümüzü sığortalaya biləcəyimizə qərar verdik və həllini tapdıq". 

"Nəşrlə bağlı müzakirələr olacaq, Ermənistanın Azərbaycana atəş açmadığını, Ermənistanın ərazi ambisiyalarının olmadığını, Ermənistanın beynəlxalq tərəfdaşlar üçün də etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmək üçün birtərəfli qaydada heç nə etmək istəmirik", - Alen Simonyan bildirib. /Modern.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.