Ermənistan

Niyə “artsax” yox, Qarabağ deyirəm? - Simonyan

11 Fevral 2025 19:29
Baxış: 3 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni jurnalistin sualını cavablandırarkən bildirib.

Jurnalistin bu məsələ ilə bağlı danışıqların davam edib-etməməsi ilə bağlı aydınlaşdırıcı sualına spiker belə cavab verib:

"Siz bu barədə çox yaxşı məlumatlısınız. Başqa hansı suallarınız var?"

Jurnalistin, "Niyə "arsax"ı Qarabağ adlandırırsız" sualını Simonyan bu cür cavablandırıb:

"Məgər siz "qarabağlılar" sözünü işlətmirsiz? Mən siyasətçiyəm və erməni şəhərinin adını çəkəndə başqa ölkənin vətəndaşının Azərbaycan toponimindən istifadə etməsinə də qarşıyam. Mən siyasətçi etikasına riayət etməliyəm. Sizcə, mən aktivistəm və reytinqimi qaldırmaq üçün gözəl sözlər deməliyəm?"

Daha sonra Qarabağdan olan jurnalistə spiker bu sözləri deyib:

"Sən oradan getdin, baxmayaraq ki, qalıb sona qədər mübarizə apara bilərdin. Döyüşmək lazım olanda sən getdin".

Qeyd edək ki, Alen Simonyanı erməni mediası Qarabağdan köçən ermənilərə nifrət edən şəxs kimi təqdim edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.