Ermənistan

“O an heç kimin fikri məni maraqlandırmırdı”- Paşinyan gizlin bəyanatı imzalamağından danışdı

14 Noyabr 2024 16:34
Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bəyan edib ki, 9 noyabr 2020-ci il tarixli bəyanatı imzalayan zaman oradakı həmkarlarının fikri ilə maraqlanmayıb.

Milli.Az xəbər verir ki, bu barədə Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"9 noyabr 2020-ci ildə bir çox həmkarlarım ofisimdə idilər: "İndi məni heç kimin fikri maraqlandırmır, bu məsuliyyəti öz üzərimə götürürəm və mən də bu bəyanatı imzalayacağam dedim" Başqa bir sual budur ki, mən bunu niyə etdim", - deyə o əlavə edib.

Onun sözlərinə görə, elə vaxtlar olur ki, insan məsuliyyəti öz üzərinə götürməlidir.

Qeyd edək ki, Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır.

İnqilab Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.