İdman

Marko Yankoviç mükafatlandırıldı - FOTO

27 Yanvar 2026 22:31
Baxış: 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçusu Marko Yankoviç mükafatlandırılıb.

Milli.Az xəbər verir ki, futbolçunun doğma ölkəsi Monteneqronun Çetinye şəhərində 2025-ci ilin idman yekunlarına həsr olunmuş təntənəli mükafatlandırma mərasimi keçirilib. 

Tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç də diqqətdən kənarda qalmayıb. Təcrübəli futbolçu ölkə sərhədlərindən kənardakı uğurlu peşəkar karyerası və göstərdiyi yüksək nəticələrə görə təltif olunub.

Futbolçu sosial media hesabında bu barədə paylaşım edərək göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və qazandığı bu mükafatı karyerasının ilk addımlarında ona dəstək olan məşqçilərinə və ailəsinə həsr etdiyini yazıb.

Qeyd edək ki, Marko Yankoviç Monteneqro millisinin üzvüdür və 2022-ci ilin yayından etibarən "Qarabağ"ın formasını geyinir. (qol.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.