Siyasət

Azərbaycan və Ermənistan daşınma məsələsində razılığa gəldi

27 Yanvar 2026 21:23
Baxış: 395

İrəvan, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Rusiyadan mayeləşdirilmiş təbii qaz və bitum tədarükü üçün Bakı ilə razılığa gəlib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyan sosial media hesabında məlumat verib.

Əvvəllər İran və Gürcüstan üzərindən logistika problemləri səbəbilə yaranan mayeləşdirilmiş qaz qıtlığı fonunda Ermənistan hökumətinin Rusiyadan mayeləşdirilmiş qazı Azərbaycan ərazisindən keçirməklə idxal etmək qərarına gəldiyi ilə bağlı xəbərlər yayılmışdı.

Daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan yüklərin tranzit daşınması ilə bağlı Ermənistanın Azərbaycana müraciət etdiyini açıqlamışdı. (APA)

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.