Ermənistan Azərbaycana qarşı yeni silahları sınadı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Erməni revanşistlərinin növbəti təxribatı - bu dəfə Kəlbəcər istiqamətində - çox genişmiqyaslı və dramatik nəticələrə səbəb ola bilər. Əvvəlcə qeyd etmək lazımdır ki, sərhəddə kifayət qədər uzun müddət sakitlik hökm sürürdü.
Milli.Az bildirir ki, Bakı və İrəvan ən çətin sahələrdən biri olan Qazax istiqamətində sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində irəliləyiş əldə edə bilmişdi. Belə bir şəraitdə mövqelərimizin atəşə tutulması uzaqgedən məqsədlərə malik təxribatdır. Üstəlik, Ermənistan son bir il ərzində ilk dəfə ağır silahdan istifadə edib.
Xatırladaq ki, iyulun 20-si saat 22.10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Amma ən vacibi və ən təhlükəlisi başqa məqamdır.
Azərbaycan mövqelərinə atəş ABŞ, Fransa və Avropa İttifaqını təmsil edən hərbi müşavirlərin iştirakı, daha doğrusu, ortaq iştirakı ilə həyata keçirilib. Beləliklə, Ermənistana yeni təhvil verilən ölümcül silahların döyüş şəraitində sınaqdan keçirilməsi qərara alınıb. Həmçinin xarici kəşfiyyat vasitəsilə Azərbaycan ordusunun atəşə necə reaksiya verəcəyini izləmək məqsədi də var idi.
Azərbaycanlı hərbçilərə qarşı real döyüş şəraitində ABŞ və Fransa hərbi qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə verilən snayper tüfənglərinin və Avropa İttifaqı missiyasına daxil olan kəşfiyyat zabitlərinin istifadə edildiyi barədə məlumat var.
Əlverişli atəş mövqeyinin seçilməsi, atəşdən sonra geri çəkilmə, "aldatma" nöqtələrinin, yəni saxta atəş nöqtələrinin qurulması, atəşdən dərhal sonra rabitə vasitələri və digər vasitələrlə kəşfiyyat aparılması və digər bir çox vəzifələr - bütün bunlar artıq Qərb və NATO ölkələrinin hərbi standartlarına uyğun olaraq həyata keçirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq
-
Tsarukyanın həbs müddəti uzadıldı
-
Belarusda Ermənistanın “Yerevan 2800” konyakının satışı qadağan edilib
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
-
Paşinyan: Ermənistan Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri pozmayıb
XƏBƏR LENTİ
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi





