Ermənistan

ABŞ-la birlikdə yeni AES tikəcəyik - Qriqoryan

4 İyul 2024 20:45
Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ABŞ ilə birlikdə yeni Atom Elektrik Stansiyası (AES) tikməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan "Ermənistan - Qərb Tərəfdaşlığı - Avropa İttifaqı, çağırışlar və imkanlar" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, danışıqlar vacib mərhələyə keçib.

"Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlarda biz çox mühüm mərhələyə qədəm qoyduq. İndi biz ABŞ-la kosmosun hüquqi tənzimlənməsi məsələsini müzakirə edirik, onsuz biz irəli gedə bilməyəcəyik. Hələlik topun ABŞ-ın meydanında olduğunu deyə bilərəm. Biz ABŞ-ın daxili proseslərinin başa çatmasını gözləyirik və bundan sonra işə başlayacağıq", - Qriqoryan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.