Növbəti erməni separatizmi: TripAdvisor və AirBnb hərəkətə keçəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün öncə bəzi beynəlxalq səyahət platformalarında erməni separatizminin hələ də davam etməsi ilə bağlı məlumatları paylaşmışdıq. Belə ki, məşhur AirBnb və Tripadvisor kimi tanınmış səyahət platformalarında axtarış apararkən Qarabağdakı yaşayış məntəqələrinin vaxtikən erməniləşdirilmiş adları üzə çıxır və həmin ərazilərdə yerləşən onlarla müxtəlif iaşə obyektləri və məkanlarda satışın davam etdiyi görünür.
Məsələ ilə bağlı Airbnb və Tripadvisor turizm platformalarına müraciət etsək də, bugünədək adıçəkilən tərəflər məsələyə münasibət bildirməkdən boyun qaçırır.
.jpg)
Otuz ilə yaxın müddətdə ermənilər əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxlayarkən ərazilərimizdən öz məqsədləri üçün istifadə etməkdə davam ediblər. Onlar torpaqlarımızdan turizm məqsədiylə də istifadə ediblər. Məqsəd də Qarabağdakı turizmə diqqəti artırmaq, dünyanı özlərinə cəlb etmək olub. Onlar beynəlxalq turizm platformalarında işğal etdikləri ərazilərimizi dünyaya öz torpaqları kimi qələmə verməyə çalışıblar. Əsas məqsədləri də həmin ərazilərə gələn insanları yanlış məlumatlandıraraq, bu əraziləri tarixi erməni torpaqları kimi təqdim etmək olub.
Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra dünya həmin ərazilərin əsl sahibinin Azərbaycan olduğunu gördü. Lakin Airbnb həm də Tripadvisor kimi beynəlxalq səyahət platformalarında Qarabağda işğal dövründə qanunsuz fəaliyyət göstərmiş turizm obyektlərinin və restoranların bugünədək mövcudluğunu qoruyub saxlaması, həmçinin turistlər üçün satışının təklif edilməsi yolverilməzdir. Ermənistan öz məkrli siyasətindən əl çəkmir.
.jpg)
Məsələ ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının baş katibi Tural Musayev bildirib ki, bu elanların verilməsi dələduzluqdur.
"Belə elanları yerləşdirilməsinin qarşısını almaq üçün IP ünvanlarına baxmaq lazımdır ki, onlar hara bağlıdır. Həmin IP adreslərini bloklamaq mümkündür. Amma ermənilər belə elanları dünya səviyyəli Airbnb, Tripadvisor kimi saytlarda yerləşdirirlərsə, kütləvi şikayət edib sildirmək olar. Ümumiyyətlə, həmin elan saytlarının administrasiyası ilk öncə araşdırma aparır və edilən şikayət düzdürsə, özləri problemi aradan qaldırır", - o deyib.
Ekspert Rəhman Quliyev isə qeyd edib ki, 30 ilə yaxın müddətdə ermənilər əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxlayarkən ərazilərimizdən öz məqsədləri üçün istifadə etməkdə davam ediblər.
"Onlar torpaqlarımızdan turizm məqəsədilə də istifadə ediblər. Məqsəd də Qarabağdakı turizmə diqqəti artırmaq, dünyanı özlərinə cəlb etmək olub. Onlar beynəlxalq turizm platformalarında işğal etdikləri ərazilərimizi dünyaya öz torpaqları kimi qələmə verməyə çalışıblar. Əsas məqsədləri də həmin ərazilərə gələn insanları yanlış məlumatlandıraraq bu əraziləri tarixi erməni torpaqları kimi təqdim etmək olub. Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra dünya həmin ərazilərin əsl sahibinin Azərbaycan olduğunu gördü. Lakin Airbnb həm də Tripadvisor kimi beynəlxalq səyahət platformalarında Qarabağda işğal dövründə qanunsuz fəaliyyət göstərmiş turizm obyektlərinin və restoranların bugünədək mövcudluğunu qoruyub saxlaması, həmçinin turistlər üçün satışının təklif edilməsi yolverilməzdir. Ermənistan öz məkrli siyasətindən əl çəkmir. 30 ilə yaxın erməni işğalı altında qalmış ərazilərimizdə turizm infrastrukturu da məhv edildi.
Qarabağın böyük turizm potensialı var. Erməni işğalına qədər həmin ərazilərdə il ərzində 80 minə yaxın, 100 minə yaxın turist qəbul etmək olurdu. Halbuki həmin dövrdə biz heç bir turizm bazarına çıxa bilmirdik. Buna baxmayaraq, yenə də o infrastruktur bizim orada yaşayan əhalimizə xidmət edirdi. Qarabağda ermənilərin tək Azərbaycan turizminə vurduğu ziyan 100 milyard dollarlarla ölçülür.
Ermənilər torpaqlarımızı işğal etdikdən sonra Qarabağa turist gətirməkləri və zamanında müxtəlif platformalarda yerləşdirilmiş elanlar bu gün Airbnb, Tripadvisor kimi platformalarda qalır. Torpaqlarımız işğaldan azad edilsə də, bu elanların ermənilər tərəfindən yerləşdirilməsi onların həmişəki xislətindən xəbər verir. Onlar artıq yalana öyrəniblər. Yəni bu gün ermənilərin beynəlxalq turizm platformalarına Xankəndi və ətraf ərazilərdən turizm məqsədli yaşayış məntəqələri (mənzillər) tapmaq mümkündür kimi elanlar yerləşdirməsinin heç bir əhəmiyyəti yoxdur. Buna baxmayaraq təkid edərək belə elanların platformalardan çıxarılmasına nail olmalıyıq", - deyə ekspert qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq
XƏBƏR LENTİ
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Qızıl yenidən bahalaşdı
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)





