Ermənistan

Nikol KTMT katibini təhqir etdi, NATO katibini isə…

20 Mart 2024 10:25
Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan rəsmi olaraq KTMT-nin üzvüdür, baxmayaraq ki, Paşinyan bu təşkilata üzvlüyün dondurulduğunu deyir. KTMT-nin baş katibi İmanqali Tasmaqambetov sonuncu dəfə ötən il dekabrın 21-də Ermənistana gəlib. Ermənistanda yalnız xarici işlər naziri Ararat Mirzoyan KTMT baş katibini qəbul edib. Əvvəllər KTMT katiblərini qəbul edən Paşinyan onunla görüşməyi lazım bilməyib, bununla da KTMT-yə mənfi münasibətini vurğulayıb. Tasmaqambetovu Ermənistanın müdafiə naziri belə qəbul etməyib. Bu, müttəfiq qurumun yüksək vəzifəli şəxsini təhqir etməkdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni politoloq Avetis Babacanyan deyib.

O bildirib ki, KTMT baş katibini təhqir edən Paşinyanın NATO-nun baş katibi ilə görüşməsi, həm də onunla birgə mətbuat konfransı keçirməsi Rusiya üçün böyük təhqirdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.