Ermənistan

Erməni nazir: Anklavlar Ermənistanın inzibati ərazisinə daxil deyil

13 Mart 2024 16:52
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxla həmsərhəd Tavuş bölgəsindəki anklavlar Ermənistanın inzibati ərazisinə daxil deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan jurnalistlərə bildirib.

"Delimitasiya üçün hüquqi əsası olan və hər iki tərəf üçün məqbul xəritələr seçilməlidir", - erməni nazir əlavə edib.

O qeyd edib ki, Ermənistandan Gürcüstana gedən əsas yolun Azərbaycanla sərhədi keçən və ya ona yaxın ərazidə yerləşən hissələri və infrastrukturu var.

"Həmin ərazilər xəritədə dəqiqləşdirilməlidir, bundan sonra infrastrukturun yenidən qurulması işlərinə başlanılacaq", - deyə Qnel Sanosyan vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.