Ermənistan

Paşinyana Qarabağ haqda göndərilmiş “ölümcül sənəd”

23 Fevral 2024 09:55
Baxış: 1 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağda ləğv edilmiş qondarma rejimin "başçısı" Samvel Şahramanyan 2023-cü ilin son iş günlərində Ermənistan Baş naziri Nikol Paşinyana separatçı rejimin buraxılması haqqında sənədin ləğvi barədə "qərar"ı göndərib.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə "Joxovurd" qəzeti çıxış edib.

Nəşr yazır ki, Paşinyan üçün "ölümcül" olan bu "sənəd" onu və komanda yoldaşlarını məyus edib.

"Onlar hesab edirdilər ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla Ermənistan Respublikasının 29,8 min kvadrat kilometr ərazisini xilas edəcəklər, lakin buna müvəffəq ola bilmədilər", - məlumatda qeyd edilib.

Qəzet Azərbaycanın 8 kənd məsələsində qərarlı olduğunu vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.