Ermənistan

Ermənilər başa düşmür: Bakı niyə 32 ermənini qaytardı?

14 Dekabr 2023 07:20
Baxış: 1 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hökumətin məhbusların müqabilində Azərbaycana nəsə vəd etməsi ilə bağlı yayılan şayiələr doğru deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri hakim "Mülki müqavilə" fraksiyasının deputatı Ovik Ağazaryan deyib.

"Əsirlərin mübadiləsi əslində beynəlxalq tərəfdaşlarımızın məcburiyyətinin nəticəsidir. Ona görə də hökumətin Azərbaycana nəsə vəd etmiş ola biləcəyindən narahat olmağa dəyməz", - deyə o bildirib.

Ağazaryan qeyd edib ki, Azərbaycan rəhbərliyi son vaxtlar danışıqların ikitərəfli formatına hazır olduğunu göstərir.

Qeyd edək ki, 7 dekabrda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmaya uyğun olaraq, Azərbaycan ötən gün sərhəddə 32 erməni əsiri qarşı tərəfə təhvil verib, əvəzində isə 2 əsiri geri qalıb. Erməni müxalifəti Azərbaycanın bu humanist və etimad yaradan addımını anlamaq əvəzinə bunun müqabilində Paşinyanın hansısa güzəştə getdiyini iddia edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.