Ermənistan

Qərb Nikoldan bu naziri işdən çıxarmağı tələb edir - Şok səbəb

2 Dekabr 2023 17:50
Baxış: 1 387
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir sıra Qərb ölkələri və strukturları daxili işlər naziri Vahe Qazaryanı hökumətdəki rus casusu hesab edir və Nikol Paşinyandan onu vəzifəsindən azad etməsini tələb edirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, son aylarda Ermənistanın yüksək rütbəli məmurları KTMT və MDB-nin demək olar ki, bütün tədbirlərini nümayişkaranə şəkildə rədd etdikləri halda, sentyabrda Vahe Qazaryan MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən növbəti iclasında iştirak edib.

"Hraparak" nəşrinin rəsmi dairələrdə olan mənbəsi Paşinyanın bu tələbə müqavimət göstərdiyini deyib, çünki Vahe Qazaryan onun sinif yoldaşıdır və ona etibar edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.