Ermənistan

Ermənistan Rusiya silahlarından imtina edir?

8 Noyabr 2023 07:25
Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan bundan sonra köhnə silahlardan istifadə etməyəcək, fəal şəkildə yeni müasir tərəfdaşlıqlar və silahlar axtaracaq.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə parlament komissiyasının rəhbəri Andranik Köçəryan yerli ictimai televiziyaya müsahibəsində bildirib.

Andranik Köçəryan Ermənistanın ordusunu modernləşdirməyə çalışdığını vurğulayaraq, yeni və müasir silahlar əldə etməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, hücum əməliyyatları keçirmək üçün deyil, etibarlı müdafiəni təmin etmək və sərhədlərin toxunulmazlığını qorumaq məqsədi daşıyır.

Eyni zamanda, Andranik Köçəryan "Rusiyanın saziş imzalanmasına rəğmən nəzərdə tutulan silahların tədarükü yerinə yetirilməməsindən" şikayətlənib.

"Biz Rusiya ilə strateji və tərəfdaşlıq münasibətlərimizin vəziyyətindən narahatıq. Lakin bu o demək deyil ki, ehtiyaclarımızı ödəmək üçün başqa yollar və tərəfdaşlıqlar axtarmamalıyıq", - deyə deputat qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.