Ermənistan

Nersisyan “Laçın” postundan belə keçib – Özü açıqladı

14 Oktyabr 2023 22:59
Baxış: 2 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağdakı keçmiş separatçı-terrorçu xuntanın keçmiş "dövlət naziri" Qurgen Nersisyan İrəvana necə gedə bildiyi haqda açıqlama verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Nersisyan erməni mediasına müsahibəsində Ermənistana gedənlər arasında ilklərdən olduğunu dolayısı ilə təsdiqləyib.

O bildirib ki, Azərbaycan sərhədçiləri onu dərhal tanıyıblar və saxlayıblar. Lakin uzunmüddətli danışıqlardan və rus sülhməramlıların xahişindən sonra onun sərbəst buraxılması barədə qərar qəbul ounub.

O, Ermənistana keçəndən sonra səssiz qalması və gözə dəyməməsinin səbəbinə də aydınlıq gətirib. Bildirib ki, o, sərhəddən keçəndə hələ Qarabağdakı separatçı dəstənin rəhbərləri Xankəndidə imiş, ona görə də İrəvanda olduğu haqda səs-küy yaradıb, digərlərinin sərhədi keçməsinə əngəl olmaq istəməyib.

Nersisyan "bundan sonra nə edəcəksiniz" sualına cavab olaraq ixtisasca hüquqşünas olduğunu deyib: "Öz ixtisasıma uyğun iş tapıb işləyəcəyəm".

Qeyd edək ki, Qurgen Nersisyan azərbaycanlılara qarşı cinayətlərdə iştirak etməyib və o, Azərbaycan Baş Prokurorluğunun axtarış elan etdiyi şəxslər siyahısında da yoxdur. Ona görə onun sərbəst buraxılması qeyri-adi deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.