Nikola cavab: Bakı da imtina edəcək - Professor
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər demaqogiyadır.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor rəsmi İrəvanın belə davam edəcəyi halda Azərbaycanın da öz öhdəliklərindən imtina etmək haqqına sahib olduğunu vurğulayıb:
"Ortada üç dövlətin imzaladığı açıq və konkret 10 noyabr bəyannaməsi var. Azərbaycanın mövqeyi bəllidir, Ermənistan da üzərinə öhdəliklər götürüb. Üçtərəfli Bəyannamədə hər hansı əlavə missiyadan və s. bəhs edilmir. Üstəlik heç bir yer blokadada saxlanılmır, Laçın da, Qarabağ da Azərbaycan ərazisidir. Bu Üçtərəfli Bəyannamədə də aydın şəkildə göstərilib. Əgər Ermənistanın hansısa əlavə iddiaları var idisə, onda niyə Paşinyan sənədə imza atırdı? Beynəlxalq hüquqda dövlətlər arasında imzalanan sənədlər önəmlidir. Əgər imza atıb öhdəlik götürübsənsə, yerinə yetirməlisən. Müzakirə tələb edən məsələlər isə növbəti mərhələyə keçirilir. Rəsmi İrəvan Üçtərəfli Bəyannaməni qəbul etmirsə, Bakının da bütün öhdəliklərdən imtina etmək haqqı var. Laçın dəhlizində təhlükəsiz hərəkətin təmini o deməkdir ki, sərhəd-keçid məntəqəsindən qəbul olunan qaydalar əsasında Azərbaycan ərazisinə daxil olduqdan sonra hər bir normal xarici vətəndaşın sərbəst hərəkətinə imkan yaradılır. Yəni Azərbaycan sərhədə öz postlarını qurmalı və Ermənistanın Zəngəzur məsələsindəki davranışına adekvat cavab verilməlidir. Bunun başqa yolu yoxdur. Diplomatik təzyiqlərimizi artırılmalı və bəhs etdiyimiz məsələ şərt kimi Ermənistanın qarşısına qoyulmalıdır. Azərbaycana müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların fəaliyyət müddəti beş ildir. Demək ki, sənəddə göstərilən bütün öhdəlik və əsas məsələlər bu müddət içərisində yerinə yetirilməli və həllini tapmalıdır".
Toğrul İsmayıl Ermənistanın KTMT-nin apardığı işğalçılıq siyasətini dəstəkləmədiyinə görə tənqid etməsini absurd hesab edib:
"Ermənistanın KTMT-də qalması, yaxud oradan çıxması onun öz işidir. Lakin bu dövlətin digər üzv dövlətlərdən apardığı işğalçılıq siyasətinə görə dəstək istəməsi başadüşülən deyil. KTMT və ya NATO-ya üzv olmaq olar, lakin bu işğalçılıq üçün əsas qəbul edilə bilməz. Normal dövlətlər işğala etiraz edirlər. Hətta fikrimcə, işğalçılığına görə Ermənistan təşkilatdan qovulmalıdır. Amma Rusiyanın maraqlarına görə bu ölkə hələ də KTMT-dədir".
Alim Ermənistanı və onu dəstəkləyən ölkələri beynəlxalq hüququ və imzalanan sənədləri yenidən nəzərdən keçirməyə çağırıb:
"Paşinyanın Fransa ilə yanaşı, Almaniya və ABŞ-ın da danışıqlar prosesinə daxil edilməsi barədə təklifi onların danışıqları uzatmaq niyyətindən xəbər verir. Fransa, ABŞ və Almaniyanın burada nə işi var? Ermənistan Azərbaycan ərazisinə hansı haqla beynəlxalq faktaraşdırıcı missiya tələb edir? Əslində Ermənistan baş naziri öz "təklif"i ilə idarə etdiyi dövlətin başqalarının ağzına baxdığını, kukla dövlət olduğunu göstərir. Əvvəl də bildirdiyim kimi, eyni zamanda 1991-ci il MDB bəyannaməsi və orada təsbit olunan prinsiplər, beynəlxalq hüquq bizim tərəfimizdədir. Paşinyan və komandası, onları pərdə arxasından idarə edənlər sadaladığımız məqamları diqqətlə nəzərdən keçirməlidirlər. Əgər Ermənistan ağlını başına toplamasa, anladığı dillə ona vəziyyəti izah etmək və müzakirə masasına oturtmaq lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
XƏBƏR LENTİ
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib





