Erməniləri "sənəd" silkələdi: İrəvan sülhə necə gələcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Serj Sarkisyanın lideri olduği Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkələrdə "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsi"ni elan etməsi bu ölkədə ciddi rezonans doğurub. Artıq indidən erməni sosial şəbəkələrində əksəriyyət bunu Ermənistanın, daha doğrusu baş nazir Nikol Paşinyanın fiaskosu, növbəti satqınlığı kimi qələmə verməyə başlayıb. Qeyd edək ki, ehtimallara görə, Avropa İttifaqının vasitəçiliyi ilə hazırlanıb.
Sənədi "qalmaqallı" adlandıran Aşotyan Paşinyanı "xalqın arxasında Qarabağı satmaqda" ittiham edib. Onun sözlərinə görə, sənəd ötən həftə Münhendə ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə müzakirə də olunub. Iddia olunur ki, sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, eyni zamanda Qarabağ ermənilərinin hüququları Azərbaycan konstitusiyası və onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə qorunur.
Maraqlıdır ki, nə Aşotyan ictimaiyyətə təqdim olunan sənədin mənbəyini açıqlayır, nə də hakimiyyət dərc olunan materialı şərh etməyib. Sənədin həqiqiliyi hələlik təsdiqlənməsə də, demək olar ki, orada əksini tapmış müddəalar Ermənistanla sülhün əldə olunması şərtləri ilə bağlı Azərbaycanın mövqeyinə əsasən uyğun gəlir. Belə ki, rəsmi Bakı sülh sazişi sənədinin mətninə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Azərbaycan qanunvericiliyi çərçivəsində təmin oluna biləcəyini göstərən "Qarabağın statusu" ilə bağlı hər hansı müddəanın daxil edilməsini qəbul etmir. Eyni zamanda, rəsmi Bakı Qarabağ ermənilərinin hüquq və azadlıqlarının təmin edilməsi üçün onların nümayəndələri ilə birbaşa danışıqlar aparmağa hazır olduğunu bildirir. Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi ərazi xarakterli deyil və orada yaşayan ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlıdır. Bundan əvvəl Ermənistan 1991-ci il Almatı Bəyannaməsinə istinadən Praqada qəbul etdiyi birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bununla da keçmiş Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf edib.
Bu baxımdan Aşotyanın təqdim etdiyi mətndə qeyri-adi və ya qalmaqallı heç nə yoxdur. Təfərrüatlara gəlincə, vurğulamaq yerinə düşər ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasının hüquqi əsası Azərbaycan Konstitusiyasıdır, təbii ki, Aşotyanın təqdim etdiyi mətn Sarkisyan və Köçəryanın kabinetində uydurulmayıbsa.
Azər Nuriyev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
XƏBƏR LENTİ
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)





