Ermənistan

Aİ-dən Ermənistanda baş verənlərə reaksiya

12 İyun 2022 10:20
Baxış: 1 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Polis tərəfindən nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi, eləcə də nümayişçilərin asayiş keşikçilərinə qarşı güc tətbiqi qəbuledilməzdir. İyunun 3-də baş vermiş zorakılıq hadisələri, o cümlədən xüsusi vasitələrin istifadəsi araşdırılmalıdır. Bəzi hallarda bu, artıq həyata keçirilir".

Milli.Az report-a istinadən xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) İrəvandakı nümayəndəliyinin başçısı Andrea Viktorin Ermənistan müxalifətinə iyunun 3-də İrəvanda baş verənlərlə bağlı cavabında yer alıb.

Səfir Ermənistanın ədliyyə nazirinə narahatlığını bildirib və qeyd edib ki, Ombudsmanla daim əlaqə saxlayır. İstifadə olunan xüsusi vasitələrin növləri, istifadəsinə icazə verilən meyarlara uyğunluğu, habelə bu vəziyyətdə istifadənin zəruriliyi və qanunauyğunluğu ilə bağlı polisdən izahatlar istənilib.

Andrea Viktorin həmçinin nifrət və təxribat hərəkətlərindən çəkinməyin vacibliyini vurğulayıb və bütün tərəflərin öz tərəfdən hər hansı zorakılıqdan çəkinməsinin vacibliyini önə çəkib. Səfir əmin edir ki, Aİ Nümayəndəliyi hadisələri yaxından izləməyə davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.