Ermənistan

İrəvanın “Fransa” meydanında Azərbaycan tankları

12 May 2022 11:24
Baxış: 1 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "yeni müsavat" qəzetində dərc olunan məqaləni təqdim edir.

Azərbaycan əsgərinin ayaq səslərini eşidəndən sonra Pirlərdən qaçıb, Xocalıya sığınan ermənilər deyirlər ki, əkin sahələrinə toxum səpibmişlər, biçə bilməyəcəklərini dərd ediblər özlərinə. Amma bu savallı, miskin tayfa unudur ki, onlar səpdikləri toxumun məhsulunu illərdir biçirlər, belə getsə, növbəti "biçin" ömrü yaşayacaqlar. Nifaq, təfriqə, kin-kidurət, düşmənçilik toxumu səpmədilərmi on illər boyunca?.. "Biçin"in nəticəsi: Yerablur qəbristanlığında yer tapılmır daha. Son müharibədə itkin düşənlərin yaxınları da əllərində şəkillər İrəvan küçələrində sərgərdan qalıblar.

Amma Qarabağdakı erməni qadınlar əkdikləri toxumun "bəhrəsi"ndən danışırlar. Elə erməni arvadlar olmadımı iki milləti bir-birinə düşmən eləyən? Uşaq doğan kimi, qulağına "türk sənin düşmənindir" deyib də, küçüklərini kinlə bəsləmədilərmi? Nəticəsini gördülər, görəcəkləri qarşıdadır belə getsə...

44 günlük müharibədən sonra çoxları düşünürdü ki, daha ağılları başlarına gələr, son verərlər kifli, saxta iddialara. Amma kimə deyirsən? Yenə də Şuşanı, Hadrutu "geri qaytarmaq"dan dəm vuranlar var.

Budur, Xocalı canisi Seyran Ohanyan  "Şuşanı geri almaq üçün ciddi hazırlaşırıq"-deyərək növbəti dəfə sərsəmləyib. Sitat: "44 günlük müharibədən nəticə çıxartmalı yenidən Şuşanı əldə etmək üçün hazırlıqları davam etdirməliyik. Əgər Şuşa Azərbaycanın tabeçiliyində qalsa, birazdan Xankəndi və Ağdərəni itirəcəyik. Avtomatik olaraq Xocalı da nəzarətimizdən çıxacaq. İndiki hakimiyyət Qarabağdan tamamilə əlini uzub. Erməni könüllərinə səslənirəm Qarabağın əldən getməməsi üçün birləşməli və yeni mühairbəyə başlamalıyıq". Bax, bu cür çərənləyib erməni çaqqal.

Amma gəlin görək elə Xocalıda gizlənmiş ermənilərdən kimsə həmin bu cəlladı lənətləyirmi, "bizi bu günə salan sən oldun" deyirmi? Demir? 30 il əvvəl Xocalıda qətlə yetirilən körpələrin, qadın və qocaların ah-naləsini də eşitmirlər təbii ki. Amma unudurlar ki, o ruhlar bunları diri-diri öldürəcək, rahat yaşamağa qoymayacaq. Başqasının evində, yurdunda əbədi yaşamaq mümkün deyil...   

Düzdür, özünü nisbətən ağıllı, normal düşüncə sahibi kimi göstərməyə çalışanlar da ortaya çıxır hərdənbir. Məsələn, bu bün bir dəstə jurnalist, alim və ekspertlərin daxil olduğu 70 Ermənistan vətəndaşı ölkənin Baş naziri Nikol Paşinyandan Azərbaycana qarşı ərazi iddialarını unutmağı tələb edib. Onlar Paşinyana ünvanladıqları açıq məktubda "Ermənistan Respublikasının legitim hakimiyyətindən öz vədini yerinə yetirməyi və Qarabağ münaqişəsini sülhlə həll etməyi tələb edirik. Heç bir "amma" olmadan sülh istəyirik!" - deyə, tələb ediblər. Amma elə bu, sülhü "ammasız" əldə etməyə çağırış edənlərin mövqeyi nə qədər güclüdür, demək çətindir.

Ermənistan müharibədə uduzub, amma Azərbaycanın qarşısında 6 bəndlik şərtlə çıxış etmək cəsarəti göstərir. Hələ abırsızcasına 30 ildən çoxdur işğalda saxladıqları Azərbaycana məxsus anklav əraziləri "Ermənistanın ərazisi" kimi təqdim edib, "verməyəcəyik" deyirlər. Azərbaycan Prezidentinin müharibə dövründə dediyi "bəs, verməyəcəkdin", sözlərinin aktuallaşmasına səmin yaradırlar, özlərinə dərin quyu qazırlar bu gedişlə.

Rəsmi Bakının cavabı çox gecikmədi. "Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır" deyib Azərbaycanın xarici işlər naziri Xələf Xələfov. Nazir müavini xatırladıb ki, bu ərazilər Azərbaycan ərazisidir və bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq. "Bu məsələlər müzakirə olunub öz həllini tapacaq", - X.Xələfov əlavə edib. Bu, növbəti xəbərdarlıqdır, həm də erməni revanşçıları qızışdırıb ortaya salanlara!

Yadınıqdadırmı Azərbaycana 5+2 formulu ilə guya həll variantı təklif edənlərin dedikləri? O zaman təklif verirdilər ki, ilkin mərhələdə 5 rayon azad edilsin, Dağlıq Qarabağın ətrafındakı iki rayonun məsələsi statusdan sonraya saxlanılsın, daha nə nağıllar...Etiraz edəndə də cavabları bu olurdu ki, reallıqlar bunu tələb edir. Yəni Ermənistan işğal edib, reallıqla barışmalısınız. İndi niyə həmin "realistlər" on illərlə himayə etdikləri erməni canilərinə başa salmırlar ki, 44 günlük müharibədən sonrakı reallıqlar var, söz sahibi Azərbaycandır, nə deyirsə, əməl edin, əks halda sizi xilas edən olmayacaq, günün birində Azərbaycan tankları müharibə çağırışları edən revanşçıların süləndiyi məkanda - İrəvanın "Fransa" meydanında şütüyəcək! Ola bilsin inanmırlar, amma 2020-ci ilədək də inanmırdılar Şuşaya bayraq sancacağımıza...

Bu gün Kərki və Qazaxın 7 kəndinin qaytarılmasının müqabilində Başkəndi istəyən erməninin dilini kəsmək lazımdır! Ermənistan özünü bütövlükdə Azərbaycana təhvil versə, yenə törətdiyi müharibə cinayətlərinin əvəzini ödəyə bilməz. Hələ masada 1918-ci il xəritəsi olacaq, Zəngəzurlu, Göyçəli torpaqlarımızın söhbəti var. Bu mənada cənab Xələfovun açıqlamasının qarşılığında Ermənistan qəzetlərinin manşetlərə daşıdığı "Azərbaycan Tavuş və Ararat vilayətlərinin kəndlərini almaq istəyir"-kimi həyasızlığın cavabı sərt formada verilməlidir! Həm də düşmənin Kəlbəcər istiqamətindəki atəşkəsi artıq davamlı şəkildə pozmasına birdəfəlik son qoymaq lazımdır! Hərbi ekspert Ədalət Verdiyevlə tam razıyam, Ermənistan ordusunun hər dəfə açdığı atəşə əsgərimiz yeni mövqelər ələ keçirməklə cavab verməlidir, ta ki, düşmən diz çökənə qədər! Anlasınlar ki, Azərbaycanla belə "zarafatlar" etmək olmaz!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.