Ermənistan

Ermənistan ordusunun bir qrup yüksək rütbəli zabiti həbs edildi

13 Dekabr 2021 17:12
Baxış: 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti həbs olunub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistanın "Aysor" agentliyinin yaydığı xəbərə görə, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi kommunal əməliyyatlar üzrə hərbi hissənin rəis müavini, polkovnik-leytenant, həmin hərbi hissənin rəisi, Silahlı Qüvvələrin Baş Qərargahının arxa cəbhə idarəsinin rəisi və başqaları barəsində həbs qətimkan tədbiri seçilib.

Yüksək rütbəli zabitlər barəsində istintaq davam edir.

Qeyd edək ki, onlara qarşı müxtəlif ittihamlar irəli sürülmüşdü. Ancaq barələrində həbs qətimkan tədbiri dekabrın 13-də seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.