Ermənistan

Erməni uşaqlardan gələcək terrorçu Andranik və Njdelər hazırlanır...- FOTO

11 Dekabr 2021 13:30
Baxış: 1 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beynəlxalq super güclər də heç cür Azərbaycanın Ermənistanla yekun sülh sazişini bağlamasını istəmir və aradakı qarşılıqlı nifrətin aradan qalxmaması və bu "qladiator" savaşının davam etməsi üçün əllərindən gələni edirlər..."

"Sabahın Ermənistanını bu uşaqlarda görün, onların arasına Njde və Andranik  toxumunu səpin və erməni milləti yeni Njde və Andraniklər əldə edəcək. Çünki onların içi intiqam hissi ilə doludur, onlar azadlıq mübarizəsinin qiymətini çoxlarından yaxşı bilirlər".

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu faşist, ermənizm xislətli cümlələri və onlara uyğun uşaq fotolarını sosial şəbəkələrin erməni seqmentində Yeprem Marqaryan ad-soyadlı bir erməni istifadəçi paylaşıb.

Fotolarda Azərbaycan və Türkiyəyə qarşı mübarizəyə, döyüşlərə hazırlanan erməni uşaqlar təsvir edilib.

ABŞ-ın "demokratiya sammiti"nə dəvət etdiyi Ermənistanda belə bir anti-bəşəri, ədalətsiz təbliğat aparılır.

Görünən odur ki,  beynəlxalq super güclər də heç cür Azərbaycanın Ermənistanla yekun sülh sazişini bağlamasını istəmir və aradakı qarşılıqlı nifrətin aradan qalxmaması üçün əllərindən gələni edirlər...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.