Amerika

Peyvənd vurduran hamilə qadınların bətnindəki körpələrin vəziyyəti açıqlandı

24 Sentyabr 2021 11:26
0 Şərh     Baxış: 1 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyu-York Universitetindən alimlər COVID-19 əleyhinə peyvənd edilən hamilə qadınların hələ ana bətnində ikən körpələrinə virusla mübarizə aparan anticisimləri ötürdüklərini təsbit ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Pfizer" və ya "Moderna" peyvəndləri vurduran analardan dünyaya gələn 36 körpədən qan nümunələri götürülüb. Onların hamısında koronavirusa qarşı anticisim olduğu təsbit edilib.

Araşdırma zamanı hamiləliyin ikinci yarısında qadınların göbəkbağındakı qanda anticisimlərin ən yüksək səviyyəsi müşahidə edilib.

Mütəxəssislər oxşar halların digər inyeksiyalarla da tez-tez baş verdiyindən araşdırmanın nəticələrinə təəccüblənmədiklərini bildiriblər.

Alimlər bu halın vaksinlərin iki həyatı eyni zamanda qorumaq qabiliyyətinə malik olduğunu, həm ana, həm də uşaqda ciddi xəstəliklərin qarşısını aldığını sübut etdiyini vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.