ABŞ Konqresi "erməniləşir" - YENİ DETALLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Erməni lobbisinin ciddi maliyyə və siyasi təsiri altında olan amerkalı qanunvericilər növbəti dəfə ölkəmizə qarşı ədalətsiz düzəlişlərin qəbuluna səs veriblər. 30 il Azərbaycan torpaqlarının işğal altında qalmasına göz yuman, milyondan artıq insanın ev-eşiyindən məhrum olmasına səbəb olan təcavüzkar Ermənistan qalıb bir qıraqda, yenə də, torpaqlarını işğaldan azad edən ölkə hədəfə alınır. Minsk qrupunun iştirakçısı olan Birləşmiş Ştatların qanunvericiləri məsələyə obyektiv yanaşmaq yerinə, ikili standartlardan çıxış edib və bədnam bir sənədə imza atıb.
ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi sənəd Kardenas-Şiff-Şerman düzəlişi adlanır. Tam obyektvilikdən kənar olan bu sənəddə Qarabağ müharibəsi zamanı əsir düşən hərbi cinayətkarların azad edilməsi və müharibə zamanı hərbi cinayətlərlə bağlı təhqiqatın aparılması tələb olunur. Sual oluna bilər - hansı hərbi cinayətlərdən söhbət gedir? Bəlkə amerikalı qanunvericilər dinc sakinlərin öldürüldüyü Gəncə, Bərdə, Tərtər və s. ərazilərin qadağan olunan silahlarla bombalanmasını nəzərdə tutur... Təki belə olsun.
Bundan əlavə, sənəddə guya Azərbaycanın müharibə zamanı cinayətlər törətdiyi iddia olunur və onların da araşdırılması tələb olunur. Hərbi əməliyyatllar zamanı qadağan olunan silahları istifadə edən Ermənistan olduğu halda, Azərbaycan hədəfə alınır. Ağ fosfor və s. bu kimi mərmilər məsələsi qabardılır. Eyni zamanda 2020-ci ildə Qarabağ müharibəsi zamanı erməni mülki əhalini məğlub etmək üçün istifadə edilən pilotsuz uşuş aparatlarında Amerika texnologiyalarının istifadəsi faktları ilə bağlı araşdırmalara başlamaq tələb olunur.
İkili standarların yer aldığı bədnam düzəlişlərin başdan-ayağa obyektivlikdən uzaq, heç bir fakta söykənmədiyi göz önündədir. Sanki düzəlişlər ABŞ Konqresinin komitəsində deyil, Ermənistan parlamentində hazırlanıb. Ümid edək ki, ABŞ rəhbərliyi obyektiv mövqedən çıxış edib bu sənədin reallaşmasına veto qoyacaq.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
XƏBƏR LENTİ
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə





