Amerika

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ərəfəsində birinci yoxlama məşqi keçirilir - FOTO

8 Fevral 2020 14:46
Baxış: 1 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ərəfəsində birinci yoxlama məşqi keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dünya Kuboku fevralın 15-16-da baş tutacaq.

30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.