Amerika

"TikTok"un fəaliyyəti bərpa olundu

14 Fevral 2025 17:30
Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"TikTok" mobil tətbiqi yenidən ABŞ-ın "Apple" və "Google" proqram mağazalarında əlçatandır.

Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg" xəbər yayıb. 

Nəşr bildirir ki, ABŞ-nin baş prokuroru Pam Bondinin sosial şəbəkəyə tətbiq olunan qadağanın dərhal icrasına dair zəmanət verən məktubdan sonra, tətbiq yenidən bərpa edilib.

Agentlik qeyd edir ki, "TikTok"un ABŞ-da uzun müddət fəaliyyət göstərməsi hələ də təmin edilməyib.

Xatırladaq ki, bu ilin yanvar ayında "TikTok" ABŞ-da bloklanmışdı.

Donald Tramp vəzifəyə başladıqdan sonra, sosial şəbəkəyə qoyulan qadağanın tətbiqi 75 gün təxirə salınıb. Bu qərara əsasən, əgər tətbiqin 50%-i amerikalı investorlara satılarsa, "TikTok" ABŞ-da fəaliyyətini davam etdirə bilər.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.