Ukraynanın ən bahalı futbolçusu Mixaylo Mudrik dopinqdə tutulub.
Milli.Az xəvbər verir ki, planlaşdırılmamış yoxlama nəticəsində 23 yaşlı Çelsi yarımmüdafiəçisinin qanında qadağan olunmuş maddələr aşkar edilib. Bildirilir ki, futbolçu ən azı çempionatın sonunadək diskvalifikasiya edilə bilər. Mudrik bu mövsüm İngiltərə Premyer Liqasında cəmi yeddi oyun keçirib.
Ukraynalı futbolçu 2023-cü ilin yanvarında Şaxtyor klubundan Çelsiyə 70 milyon avro qarşılığında transfer olunmuşdu. 2023-cü ilin noyabrında isə azarkeşlər Mudriki, rusiyalı model Violetta Qraçeva ilə mümkün əlaqəsi səbəbilə tənqid etmişdi. Azarkeşlər futbolçunun və modelin hesablarında fərqli saatlarla eyni fotoların yayımlandığını qeyd etmişdilər.
İngiltərə Futbol Assosiasiyası onunla bağlı yekun qərarın ikinci nümunədən sonra veriləcəyini bildirib. Ukrayna mətbuatı isə futbolçunun 4 illik diskvalifikasiya olunacağını qeyd edib.
Lalə Qüdrətova
Milli.Az