Amerika

Tramp ABŞ-ın Baş Qərargah rəisini “axmaq” adlandırdı

6 Dekabr 2021 18:30
0 Şərh     Baxış: 1 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Baş Qərargahı rəisi Mark Millini "lənətə gəlmiş axmaq" adlandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, generalı qoşunların Əfqanıstandan çıxarılmasına görə kobud şəkildə qınayıb.

"50 milyon dollarlıq bir təyyarəniz var idi. 29 milyon dollarlıq möhtəşəm helikopteriniz. Hər növ helikopterləriniz var idi. Onların bir çoxu yeni idi. Sözün əsl mənasında, qutudan indi çıxmışdı. Sizcə, onu orada qoymaq daha sərfəlidir, yoxsa yarım çən benzinlə doldurub Pakistana aparmaq və ya ölkəmizə uçmaq?", - deyə Tramp bildirib.

Eks-prezident bəyan edib ki, indi Rusiya və Çin ABŞ-ın Əfqanıstanda tərk etdiyi helikopterləri söküb onları öyrənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.