Dünya

Efiopiyada unudulmuş şəhər tapıldı

18 İyun 2017 10:29
0 Şərh     Baxış: 1 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya arxeoloqları Efiopiyanın şərqində unudulmuş Harla şəhərini aşkarlayıblar.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "BBC" xəbər yayıb.

Xəbərdə bildirilir ki, şəhər eramızdan əvvəl X əsrdə salınıb. Şəhərin içində XII əsrə aid məscid tapılıb. Arxeoloqlar iddia edirlər ki, Harla vaxtilə nəhənglər şəhəri sayılıb.

Britaniyanın Eksetersk universitetinin professoru Timoti İnsol bildirib ki, Harla regional sənət və ticarət mərkəzi olub. Onun sözlərinə görə, şəhərin sənətkarları bijuteriya və zərgərlik məmulatlarının hazırlanması ilə ixtisaslaşıblar.

Harlanın əhalisi müxtəlif xalqlardan ibarət olub. Burada əcnəbilər də məskunlaşıb. 

Arxeoloqlar sakinlərin nə ilə qidalandıqlarını öyrənmək üçün yerli qəbiristanlığın təxminən 300 cəsədinin analizini keçirəcəklər. Qazıntılar gələn il davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.