Dünya

ABŞ-a viza üçün Facebook səhifələrinizi təqdim edin! - YENİ QAYDALAR

5 İyun 2017 13:30
0 Şərh     Baxış: 1 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-a viza almaq üçün son 5 ildə sosial şəbəkələrdəki informasiyaların linklərini və son 15 ildəki tərcümeyi-halı təqdim etmək lazım gələcək.

Milli.Az lent.az-a istinadən xəbərinə görə, prezident Donald Trampın administrasiyasının təsdiq etdiyi yeni qaydalar bunu nəzərdə tutur.
 
Tənqidçilərin fikrincə, bu qaydalar viza istəklərinin işlənməsi zamanı gecikmələrə səbəb olacaq, nəticədə ABŞ-a əcnəbi tələbə və alimlərin cəlb edilməsinə mane olacaq. Çünki ABŞ-a viza almaq proseduru onsuz da mürəkkəb idi.
 
Yeni qaydalara uyğun olaraq konsulluq əməkdaşları pasportların əvvəlki nömrələrini, son 5 ildəki sosial şəbəkə akkauntlarını, elektron pomt ünvanlarını və telefon nömrələrini, eləcə də son 15 ildəki tərcümeyi-halı - yaşayış-iş yerlərini və səyahət marşrutlarını soruşa bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.