Dünya

"Reina" qatili arvadının qısqanclığına görə rahat ələ keçirildi - FOTO

19 Yanvar 2017 13:13
6 Şərh     Baxış: 15 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni il gecəsi İstanbulda "Reina" klubunda 39 nəfəri öldürən qatil Abdulqadir Maşaripovun ələ keçirilməsində xanımının qısqanclığı böyük rol oynayıb. 

Milli.Az "Milliyet"ə istinadla bidlirir ki, Abdülqadir Maşaripov terroru törətdikdən sonra 2 oğlu və xanımı ilə birlikdə yaşadığı Başakşehirdəki evinə gedib. Terrorçu 6 gündən sonra 4 yaşlı oğlunu da götürərək evi tərk edib.

Abdulqadirin xanımı F.B. oğlundan ayrılmaq istəməyib. Buna görə ərinə əsəbi olan qadın təşkilatdan onun başqa qadınla imam nikahında olduğunu öyrəndikdən sonra tamamilə özündən çıxıb. 

Yanvar ayının 11-də polislər F.B.-nin yaşadığı evə basqın ediblər. O, ərini qısqandığına görə onun hansı ərazidə yaşadığını polislərə deyib. Terrorçunun Esenyurtda qaldığını öyrənən polislər onun izinə düşərək bir neçə gün sonra onu canlı halda ələ keçiriblər.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.