İngiltərəli Nik Qrimşou qiyməti 100 min dollardan baha olan "Mercedes-Benz G-Class" (Gelandewagen) yolsuzluq avtomobilini gözlənilmədən yola qaçan narıncı rəngli pişiyi əzməmək üçün qurban verib.
Milli.Az salamnews-a istinadən bildirir ki, kişi əyləci kəskin basaraq sükanı döndərib, nəticədə avtomobil böyrü üstə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin avtomobili bərpa etmək üçün xərc tələb olunacaq.
Milli.Az





