Dünya

ABŞ-də İsrail və Livan arasında danışıqlar başladı

14 Aprel 2026 19:50
Baxış: 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İsrail və Livan arasındakı münaqişənin həlli ilə bağlı ABŞ Dövlət Departamentində rəsmi danışıqlar başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Amerika nümayəndə heyətinə ABŞ Dövlət katibi Marko Rubio, ABŞ-nin Beyrutdakı səfiri Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidham daxildir.

İsrail və Livan nümayəndə heyətlərinə isə müvafiq olaraq səfirlər Yeçiel Leyter və Nada Hamada Moavad rəhbərlik edirlər.

Xatırladaq ki, aprelin 7-də ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edilsə də, bu razılaşma Livana şamil olunmamışdı.

Qeyd edək ki, bundan əvvəl Livan ordusu "Hizbullah"ın tərksilah edilməsi tələblərinə qarşı çıxdığını bəyan etmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.