Dünya

Qadınların müdafiəsi üçün: Ər arvadını döyə bilər!

29 May 2016 10:48
31 Şərh     Baxış: 2 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam İdeologiyası Şurası qadınların "müdafiəsi üçün" yeni layihə hazırlayıb.

Pakistanın İslam İdeologiyası Şurası qadınların müdafiəsi ilə bağlı öz qanun layihəsini təqdim edib.

Oxu.az The Express Tribune nəşrinə istinadən xəbər verir ki, layihədə qadının ərinə açıq itaətsizlik göstərdiyi təqdirdə onu yüngül döymək tövsiyə olunur.

Yeni təklifə görə, fiziki güc tətbiqi üçün əsas kimi həyat yoldaşının göstərişlərini yerinə yetirməmək, onun arzuladığı kimi geyinməmək və dini izahı olmadan cinsi əlaqəyə girməkdən imtina etmək göstərilir.

İlahiyyatçıların fikrincə, qadını həmçinin hicab geyinməyəndə, naməlum şəxslərlə danışanda, yüksək səslə danışanda və ərinin razılığı olmadan digər şəxslərə pul verəndə döymək olar.

Sənəddə həmçinin, qadınlar üçün bir sıra sosial məhdudiyyətlər təklif olunur - ibtidai təhsildən sonra kişilərlə birgə təhsil almağa qadağa, hərbi münaqişələrdə iştirak etmək qadağası, xarici nümayəndə heyətlərini qəbul etmək qadağası. Qadın həkimlərə kişi xəstələri müayinə etməyə icazə verilmir. Həmçinin qadın cinsinin nümayəndələrinə reklam çarxlarında çəkilmək qadağan olunur.

Müəlliflər hesab edirlər ki, 120 gündən sonra abort qətl kimi qiymətləndirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.