Dünya

İran parlamentinin sədri seçilib

29 May 2016 09:49
0 Şərh     Baxış: 806
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran parlamentinin sədri mühafizəkarların təmsilçisi olan Əli Laricani seçilib. 

APA-nın "Press TV" telekanalına istinadən verdiyi məlumata görə. Ə. Laricani 290 deputatdan 173-nün səsini qazanıb.
 
Ə. Laricaninin rəqibi islahatçıların təmsilçisi, keçmiş vitse-prezident Məhəmməd Reza Aref olub. İslahatçılarla mühafizəkarların mütləq üstünlüyə sahib olmadığı parlamentdə səsvermə zamanı müstəqil deputatlar həlledici rol oynayıblar.
 
Qeyd edək ki, İran parlamentinə seçkilər noyabr ayında keçirilib. Prezident Həsən Ruhaninin islahatlarını dəstəkləyən kursun tərəfdarları 143 yer qazanaraq parlamentdə ən böyük fraksiyaya çevrilib. Lakin islahatçılar parlamentdə mütləq çoxluğa nail ola bilməyib. Şənbə günü yeni parlament ilk iclasını keçirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.