Dünya

Azərbaycanlı milyonçunun oğlu ilə avtoxuliqanlıq edən erməni qız həbs olundu - VİDEO

28 May 2016 11:55
11 Şərh     Baxış: 7 158
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Lukoyl" şirkətinin vitse-prezidentinin oğlu ilə birlikdə Moskva küçələrində avtoxuliqanlıq edən üçüncü şəxs də saxlanılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Rusiya KIV-lərinə istinadən xəbər verir ki, bu, 22 yaşlı xanım sürücü Maru Baqdasaryandır. Qaqarin məhkəməsinin hökmü ilə o, 10 sutka həbs cəzasına məhklum edilib. 22 yaşlı qız polis əməkdaşlarına tabe olmamaqda ittiham olunub. 

Buna qədər də Baqdasaryan bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub. Ötən ilin payızında xanım "BMW" markalı maşınıyla törətdiyi qəzada 3 nəfər həlak olmuş, bir neçə nəfər yaralanmışdı. Baqdasaryan özü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. 22 yaşlı Maru Baqdarasyan yol hərəkəti qaydalarını pozduğuna görə ümumilikdə 140 dəfə cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.