Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonunda, Tekhe Hudut Karakolunda növbə çəkən əsgərə dünən, Analar Günündə xoş sürpriz edilib.
Milli.Az İHA-ya istinadən bildirir ki, 2-ci Zirehli Diviziyanın 2-ci Hüdud Taburu Suriya ilə sərhəddədir. Suriyanın Əl Əbyad şəhəri ilə üzbəüz məntəqədə növbədə duran əsgər Barış Kəsər dünən anası ilə görüşüb.
Türkiyənin Yalova şəhərində yaşayan Həvva Keseri Türkiyə Müdafiə Nazirliyinin göstərişi ilə xüsusi mikroavtobus oğlunun xidmət etdiyi hərbi hissəyə aparıb.
Burada mayor Gürkan İşıl ananı oğlu ilə görüşdürüb.
Növbədə durmuş Barış Kəsərə yaxınlaşan komandir əsgərdən soruşub: "Bu gün Analar Günüdür. Anana zəng vurdunmu?"
Barış "Hələ yox, komandirim!" deyib.
Komandir ona "Dön, arxana bax!" söyləyib.
Anasını qarşısında görən Barış Keser bir anlıq donub qalıb, sonra anasına sarılaraq ağlayıb.
"Oğlu Türkiyə ordusunda xidmət edən hər ananın bu anları yaşamasını istərəm. Çox sevinirəm. Oğlum burada vətəni, milləti qoruyur. Əsgər anası olduğum üçün qürurluyam", - Həvva Keser deyib.
Hərbi hissə komandanlığı tərəfindən əsgər anasına gül dəstəsi təqdim olunub, sonra isə ana əsgərlərin nahar yeməyinə qatılıb.
Barış Keser isə deyib: "Anamın buraya gəlməsi mənim üçün böyük sürpriz oldu. Çox sevindim, çox... Anamın yanıma gəlməsinə şərait yaratdıqları üçün bütün komandirlərimə təşəkkür edirəm. Sərhəddə xidmət etmək hər kəsə nəsib olmaz. Buna görə özümüzü çox şanslı və qürurlu sayırıq. Mən və yoldaşlarım gecə-gündüş, 24 saat görəv başındayıq. Bütün vətəndaşlarımız rahat olsunlar".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: