"Titanik"in daha bir sirri açıldı - Gəmi heyəti son ana qədər...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1912-ci ildə aysberqə çarpdıqdan sonra batan məşhur səyahət gəmisi Titaniklə bağlı sirlər üzə çıxmağa davam edir.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, dərin dəniz xəritəçəkmə şirkəti Magellan Ltd Titanik gəmisinin 3800 metr dərinlikdə qalıqlarını rəqəmsal olaraq skan edərək, heyrətamiz yeni görüntülər əldə edib.
Skanlar zamanı gəminin ikiyə bölündüyü nöqtəyə yaxın olan qazanxana ətraflı şəkildə görüntülənib. Qazanların bəzilərinin içəriyə çökməsi onların toqquşma zamanı hələ də işlək vəziyyətdə olduğunu göstərir. Bu, gəmi heyətinin qəzadan bir qədər əvvəl işıqları yandırmaqda çətinlik çəkdiyini təsdiqləyən tapıntı hesab edilir.
Titanik eksperti Parks Stephenson BBC-yə bildirib ki, yeni skanların tarixi əhəmiyyəti var:
"Titanik fəlakətin sağ qalan sonuncu şahididir və hələ danışacaq hekayələri var".
Skanlanan görüntülərdə britaniyalı mühəndis Cozef Bellin başçılıq etdiyi mühəndis qrupunun gəmi batarkən işıqları yandırmaq üçün qazanlara kömür atmağa davam etdiyi görünür. Ehtimal olunur ki, Bell və onun heyətinin bu səyi bir çox sərnişinin xilasedici qayıqlara təhlükəsiz şəkildə minməsinə şərait yaradıb.
Stephensona görə, "Onlar xaosu bacardıqları qədər gecikdirdilər. Bu, sonrakı hissədə hələ də açıq olan buxar klapan ilə simvollaşdırılırdı" .
Qeyd edək ki, titanik 15 aprel 1912-ci ildə Sauthemptondan Nyu-Yorka ilk səfəri zamanı aysberqə çarpdıqdan sonra batan White Star Line şirkətinə məxsus transatlantik sərnişin layneri idi. Qəzadan sonra 2200 sərnişindən yalnız 705-i sağ qalıb.Onun qalıqları 1985-ci ildə Robert D. Ballard tərəfindən Atlantik dənizinin dibində bir neçə kilometr dərinlikdə aşkar edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
XƏBƏR LENTİ
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz





