Dünya

Rusiya Ermənistanın 22 ton tomatını geri qaytardı

10 Fevral 2016 16:36
0 Şərh     Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət İdarəsinin Krasnodar diyar bölməsi Ermənistandan gətirilən 22 ton tomatı geri qaytarıb.

Milli.Az report-a istinadən bildirir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, həmin məhsulun tərkibindən tomat güvəsi həşəratı aşkarlanıb.
Qeyd edək ki, yanvarın 20-də Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət İdarəsi Ermənistanın bir sıra kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib. Rusiya tərəfi bunu Ermənistandakı qeyri-sabit epizootik vəziyyətlə əlaqələndirmişdi.

RF-nin müvafiq qurumları bildirmişdi ki, Ermənistanda heyvanlar arasında dabaq xəstəliyi yayılıb və bunun Rusiya ərazisinə keçmə təhlükəsi var. Ermənistandan Rusiyaya dabaq xəstəliyinə yoluxmağa daha çox həssas olan heyvanların - donuz, qaramal, qoyun, keçi, camış və onların əti, süd məhsulları, yun, dəri və s. məhsulların idxalı müvəqqəti olaraq qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.